Aydın Mirsaleh oğlu Məmmədov — həyatı və yaradıcılığı

Şrift
Aydın Mirsaleh oğlu Məmmədov — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Aydın Mirsaleh oğlu Məmmədov — həyatı və yaradıcılığı.

Aydın Mirsaleh oğlu Məmmədov 1944-cü ildə Şəkidə doğulub. Orta məktəbdə müəllim kimi çalışan A. Məmmədov sonralar elmi işçi, ictimai xadim və siyasətçi olub Azərbaycan türklərinin bu torpaqda eramızdan çox öncə yaşaması fikrini elmi yollarla sübut edən Aydın Məmmədov "Sovetskaya turkologiya" jurnalının redaktor müavini və Bədii Tərcümə Mərkəzinin rəhbəri kimi SSRİ-nin və bütövlükdə bütün dünya türklərinin bir-birini daha yaxından tanıması, onların doğmalaşması üçün xeyli işlər görüb.

Ömrünün təxminən son onilliyini bütünlüklə ictimai-siyasi hadisələrə həsr edən Aydın Məmmədov 1988-ci ilin fevralından başlayan Azərbaycan Xalq hərəkatının ön sıralarında dayanıb. Millət vəkili seçilən Aydın Məmmədov milli birlik yaratmaq, azadlıq və demokratiya uğrunda hərəkat yolunda ciddi işlər görüb. Azərbaycan Respublika Ali Sovetinin millətlərarası münasibətlər üzrə daimi komissiyasının sədri olub.

Qarabağa Xalq Yardımı Komitəsinin sədr müavini kimi fəaliyyət göstərib. Azərbaycan Yazıçılar Birliyi katibliyinin heyətinə seçilib. 1991-ci il aprel ayının 19-da məşhur alim və Xalq hərakatının fəal üzvlərindən olan Dilarə Əliyeva ilə birlikdə avtomobil qəzasında faciəli şəkildə həlak olub.

Aydın Məmmədov öz doğma Kiş kəndində dəfn olunub… ALLAH RƏHMƏT ELƏSİN!. P.

S. Aydın Məmmədov haqqında əlavə məlumatı olanlar yazsın, tarixi birlikdə öyrənək!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim.Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗