Aİ-də qaz istehlakı 6% azalıb, ABŞ-da 3% artıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Aİ-də qaz istehlakı 6% azalıb, ABŞ-da 3% artıb

Vətənim Media xəbər verir ki, Qaz İxrac edən Ölkələr Forumunun (GECF) hesabatına görə, bu ilin sentyabrında Avropa İttifaqında təbii qaz istehlakı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalaraq 17,8 milyard kubmetr olub.

Azalma elektrik enerjisi istehsalında qaza tələbatın artmasına baxmayaraq qeydə alınıb. Hesabatda bu, digər sahələrdə istehlakın zəifləməsi ilə əlaqələndirilir. ABŞ-da isə qaz istehlakı illik müqayisədə 3 faiz artaraq 70 milyard kubmetrə çatıb. Artım əsasən isti hava şəraitinin soyutmaya və elektrik enerjisinə tələbatı yüksəltməsi nəticəsində elektrik istehsalında qaz istifadəsinin 6 faiz artması ilə bağlı olub.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗