Vətənim Media xəbər verir ki, iqtisadiyyat nazirinin müavini Anar Axundov Xorvatiyanın Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi Frano Matuşiçlə görüşüb. İqtisadiyyat Nazirliyinin APA-Economics-ə verdiyi məlumata görə, tərəflər ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsini, ticarət və investisiya tərəfdaşlığının gücləndirilməsini müzakirə ediblər.
Görüşdə enerji, sənaye, kənd təsərrüfatı, əczaçılıq və nəqliyyat-logistika sahələrində birgə fəaliyyət üçün potensial qeyd olunub. Xorvatiya şirkətlərinin Azərbaycanda həyata keçirilən layihələrdə iştirak imkanları və biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Əsas mənbə: APA
