Qripə qarşı peyvəndləmə oktyabrın 21-də başlayacaq

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Qripə qarşı peyvəndləmə oktyabrın 21-də başlayacaq

Vətənim Media xəbər verir ki, 2026–2027-ci illərin payız-qış mövsümü üçün qripə qarşı vaksinlər Azərbaycana gətirilib. Səhiyyə Nazirliyinin əmrinə əsasən, vaksinasiya kampaniyasına oktyabrın 21-də başlanması nəzərdə tutulur.

Səhiyyə Nazirliyi səhiyyə işçilərinə, hamilə qadınlara və altı aydan yuxarı, xroniki tənəffüs sistemi xəstəlikləri olan şəxslərə peyvənd olunmağı tövsiyə edir. Vaksinasiya ödənişsizdir və dövlət tibb müəssisələrinin ambulator-poliklinik xidmət göstərən bölmələrində aparılır.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗