Oktyabrın 22-də Bakıda yağış, rayonlarda isə leysan və dolu ehtimalı var

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Oktyabrın 22-də Bakıda yağış, rayonlarda isə leysan və dolu ehtimalı var

Vətənim Media xəbər verir ki, oktyabrın 22-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Gün ərzində əsasən yağış gözlənilmir, axşam bəzi yerlərdə qısamüddətli yağış ehtimalı var. Şimal-şərq küləyi əsəcək, temperatur gecə 16-18, gündüz 20-24 dərəcə isti olacaq.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Azərbaycanın rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə leysanların intensiv və güclü olacağı gözlənilir. Şimşək çaxması, dolu düşməsi, yüksək dağlıq ərazilərdə qar yağması ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Rayonlarda temperatur gecə 14-17, gündüz 20-25, dağlıq ərazilərdə isə gecə 7-12, gündüz 12-17 dərəcə isti təşkil edəcək.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗