Transplantasiya və dializ xidmətlərinin icbari sığortaya daxil edilməsi təklif olunur

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Transplantasiya və dializ xidmətlərinin icbari sığortaya daxil edilməsi təklif olunur

Vətənim Media xəbər verir ki, Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova ürək və gözün buynuz qişasının transplantasiyası əməliyyatlarının icbari tibbi sığortanın xidmətlər zərfinə daxil edilməsinin vacib olduğunu bildirib. O, bu təklifi Azərbaycanda və Cənubi Qafqazda ilk donor ürək transplantasiyasının birinci ildönümü münasibətilə keçirilən konfransda səsləndirib.

Abbasova milli kök hüceyrə reyestrinin yaradılmasını da təklif edib. Onun sözlərinə görə, böyrək transplantasiyasını gözləyən xəstələr üçün hemodializ, peritoneal dializ və genetik analiz xidmətləri, eləcə də vahid informasiya sisteminin qurulması və ən azı 10 min nəfər üzrə beş lokuslu HLA analizləri sığorta zərfinə daxil edilməlidir. O bildirib ki, bu addımlar vətəndaşların transplantasiya üçün xaricə getməsinin qarşısını almağa, xarici pasiyentlərin isə müalicə üçün Azərbaycana gəlməsinə şərait yaratmağa yönəlib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗