Vətənim Media xəbər verir ki, oktyabrın 30-da Azərbaycanda qeydə alınan 27, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması təmin olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin APA-ya verdiyi məlumata görə, axtarışda olan 129 nəfər saxlanılıb. Onlardan 102-si borclu şəxs qismində axtarışda olub. Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər də saxlanılıb.
Həmin gün narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə bağlı isə 3 fakt müəyyən edilib.
Əsas mənbə: APA
