Vətənim Media xəbər verir ki, APA-nın Rusiyanın və Ukraynanın monitorinq kanallarına istinadən yaydığı məlumata görə, Başqırdıstanın paytaxtı Ufada neft emalı zavoduna pilotsuz uçuş aparatları ilə hücum edilib.
Hadisədən sonra müəssisənin ərazisində güclü yanğın başlayıb. Yerli sakinlər səhər saatlarında şəhərdə bir neçə partlayış səsi eşitdiklərini bildiriblər. Şahidlərin yaydığı fotolara əsasən, hədəf “Başneft-Novoil” zavodu olub.
Əsas mənbə: APA
