Vətənim Media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıtdakı SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda yanğın-taktiki təlim keçirib. Bu barədə APA-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Təlimdə şərti yanğın yerinə gələn yanğınsöndürmə bölmələri zavod əməkdaşlarının təhlükəli ərazidən təxliyəsini, ərazidə kəşfiyyatı və yanğının söndürülməsini məşq ediblər. Təlimin məqsədi bölmələrin qarşılıqlı fəaliyyətini və şəxsi heyətin hazırlığını artırmaq, eləcə də zavod əməkdaşlarının ilkin davranış qaydaları barədə biliklərini möhkəmləndirmək olub. Nəticələr müzakirə edilib və müvafiq tapşırıqlar verilib.
Əsas mənbə: APA
