FHN fövqəladə hallarda davranış qaydaları ilə bağlı tədbirlər keçirib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
FHN fövqəladə hallarda davranış qaydaları ilə bağlı tədbirlər keçirib

Vətənim Media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) əhalini fövqəladə hallarda davranış qaydaları barədə məlumatlandırmaq üçün silsilə tədbirlər təşkil edib. Tədbirlər nazirliyin regional mərkəzlərinin, Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə dövlət xidmətlərinin mütəxəssislərinin iştirakı ilə keçirilib.

Maarifləndirmə görüşləri Bakı, Sumqayıt və Gəncə şəhərlərində, eləcə də Abşeron, Xızı, Tovuz, Şəmkir, Yevlax, Zərdab, Goranboy, Göyçay, Ucar, Ağdam, Tərtər, Bərdə, Siyəzən, Qusar, Lerik, Cəlilabad, Qax, Qəbələ və Sabirabad rayonlarında təşkil olunub. Təhsil müəssisələri, tibb mərkəzləri, dövlət qurumları və başqa təşkilatlarda keçirilən tədbirlərdə yanğın, zəlzələ və sel zamanı davranış qaydaları izah edilib. İştirakçılara “112” qaynar xəttinin təyinatı barədə məlumat verilib, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları nümayiş etdirilib və suallar cavablandırılıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗