Vətənim Media xəbər verir ki, Heydər Əliyev Sarayında Cakomo Puççininin “Turandot” operasının yeni quruluşda premyerası keçirilib. Tamaşa son 98 ildə Azərbaycanda operanın ilk səhnələşdirilməsidir. Premyeranı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva izləyib.
Oktyabrın 24-də Kalaf rolunu Azərbaycanın Xalq artisti Yusif Eyvazov, Turandotu isə italyan soprano Karmen Cannattazio ifa edib. Dirijor kürsüsündə Beatriçe Venezi olub. Üç premyera axşamında baş rolları fərqli solistlər, dirijorluğu isə müxtəlif maestrolar həyata keçirəcək.
Mikayıl Mikayılovun quruluş verdiyi tamaşanın rəssamı Mustafa Mustafayevdir. Bakıda “Turandot” ilk dəfə 1928-ci ildə səhnələşdirilib; həmin tamaşa Sovet İttifaqında operanın ilk quruluşu olub.
Əsas mənbə: APA
