Vətənim Media xəbər verir ki, Bolqarıstanda prezident seçkiləri üzrə səsvermə başlayıb. “Reuters” agentliyinin məlumatına görə, seçkilərdə 27 namizəd mübarizə aparır. Əsas namizədlər hazırkı Prezident İliyana Yotova və keçmiş müvəqqəti Baş nazir Andrey Gyurovdur.
“Alpha Research” şirkətinin sorğusunda Yotovanı respondentlərin 41, Gyurovu isə 28 faizi dəstəkləyib. Səsvermə yerli vaxtla saat 07:00-dan 20:00-dək davam edəcək. Heç bir namizəd səslərin mütləq əksəriyyətini qazanmasa, ikinci tur noyabrın 1-də keçiriləcək.
Seçkilər Qara dənizdə, Bolqarıstan sahilləri yaxınlığında ticarət gəmilərinə edilən ölümcül dron hücumlarından sonra təhlükəsizlik narahatlığının artdığı bir vaxtda keçirilir.
Əsas mənbə: APA
