Vətənim Media xəbər verir ki, Xırdalan şəhərinin Heydər Əliyev prospektində “Chery Tiggo” markalı avtomobil aşıb. APA-nın məlumatına görə, sürücü avtomobili park edərkən nəqliyyat vasitəsi yol səviyyəsindən aşağıdakı səkiyə düşüb.
Qəza zamanı sürücü yüngül xəsarət alıb. Ərazidən piyadaların keçməməsi daha ağır nəticələrin qarşısını alıb.
Əsas mənbə: APA
