Vətənim Media xəbər verir ki, oktyabrın 26-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Əsasən yağmursuz hava gözlənilsə də, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Temperatur gecə 13-16, gündüz 17-20 dərəcə isti olacaq.
Rayonlarda bəzi yerlərdə arabir yağış və şimşək gözlənilir. Yağıntılar səhərdən tədricən kəsiləcək, ayrı-ayrı yerlərdə duman olacaq. Temperatur gecə 12-15, gündüz 17-20, dağlıq ərazilərdə isə gecə 0-5, gündüz 5-9 dərəcə isti təşkil edəcək.
Əsas mənbə: APA
