Vətənim Media xəbər verir ki, oktyabrın 27-də Bakının Ramana qəsəbəsində “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək. APA-nın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi tədbirdə sakinlər tullantılarını tinglərlə dəyişə biləcəklər.
Aksiyada ümumi tutumu ən azı 35 litr olan plastik butulkalar, 5 litr tutumlu şüşə butulka və bankalar, yaxud 10 işlənmiş batareya təhvil verənlər ting əldə edəcəklər. Tədbir saat 15:00-da Yeni Ramana Şuşa qəsəbəsində, Şuşa Malıbəyli yolu küçəsindəki “Araz superstore”un qarşısında baş tutacaq.
Əsas mənbə: APA
