Vətənim Media xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Türkiyənin namizədi Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışladıqlarını bildirib.
Hacızadə namizədlərin peşəkar keyfiyyətləri, beynəlxalq və diplomatik təcrübəsi, qərəzsizliyi və üzv dövlətlər arasında konsensus yaratmaq bacarığı əsasında seçim aparılmasının vacibliyini vurğulayıb. O, BMT Nizamnaməsinin prinsip və məqsədlərinin rəhbər tutulmalı olduğunu qeyd edib.
XİN sözçüsünün sözlərinə görə, davam edən məsləhətləşmələr və üzv dövlətlər arasında konstruktiv dialoq nəticəsində BMT-nin qlobal çağırışlara daha səmərəli cavab vermək imkanlarını gücləndirəcək qərarın qəbul olunacağına inanırlar.
Əsas mənbə: APA
