Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsini qəbul edib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsini qəbul edib

Vətənim Media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin rəhbər müavini vəzifəsini icra edən Aleksandr Zuyevlə görüşüb.

APA-nın məlumatına görə, görüşdə Azərbaycanla BMT qurumları arasında əməkdaşlıq, o cümlədən Terrorçuluqla Mübarizə İdarəsi ilə tərəfdaşlıq müzakirə olunub. Azərbaycanın terrorçuluğa qarşı mübarizəyə qlobal səviyyədə verdiyi töhfələr yüksək qiymətləndirilib.

Tərəflər Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun aktual qlobal mövzuların müzakirəsi üçün imkan yaradacağını və tədbirin nüfuzunun ildən-ilə artdığını vurğulayıblar.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗