Vətənim Media xəbər verir ki, Sivilizasiyalar Dialoqu Mərkəzinin (ISECO) direktoru Xaled Fasalrahman Bakı Prosesinin son 20 ildə müxtəlif mədəniyyət və elm nümayəndələrini bir araya gətirən ardıcıl platformaya çevrildiyini bildirib. O, bunu Bakıda oktyabrın 27–29-da keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunan mətbuat konfransında deyib.
Fasalrahmanın sözlərinə görə, builki Forumda qlobal məsələlərin həllində dialoqun, multikulturalizmin, sülhün və təhlükəsizliyin əhəmiyyəti müzakirə olunacaq. Forum çərçivəsində yeni konsepsiyalara və müasir problemlərin həlli yollarına həsr olunan simpozium da keçiriləcək. O, tədbirin təşkilinə dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür edib.
Əsas mənbə: APA
