Mehdi Əli oğlu Hüseynov 22 mart 1909-cu ildə Qazax rayonunun II Şıxlı kəndində ziyalı ail…

Şrift
Mehdi Əli oğlu Hüseynov 22 mart 1909-cu ildə Qazax rayonunun II Şıxlı kəndində ziyalı ail…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Mehdi Əli oğlu Hüseynov 22 mart 1909-cu ildə Qazax rayonunun II Şıxlı kəndində ziyalı ail….

Mehdi Əli oğlu Hüseynov 22 mart 1909-cu ildə Qazax rayonunun II Şıxlı kəndində ziyalı ailəsində doğulub.1929-cu ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini,1938-ci ildə Moskvada Dövlət Kinematoqrafiya İnstitutunun nəzdində akademiya tipli kinossenariçilər kursunu bitirib. İlk hekayəsi 1927-ci ildə nəşr edilib. İlk irihəcmli əsərlərinə məhəbbət mövzusunda yazdığı "Kin" povesti və siyasi motivli "Daşqın" romanı aiddir.1930-cu illərin hadisələrini əks etdirən "Tərlan" romanı da onun qələminin məhsuludur.

Müharibə mövzusunda isə "Nişan üzüyü" hekayəsini, "Fəryad" və "Ürək"povestlərini yazıb.1948-ci ildə Bakı neftçilərinin bədii obrazını "Abşeron" romanında əks etdirib. Yazıçının tarixi mövzulu dram əsərlərində: "Cavanşir", "Nizami", "Şamil"- görkəmli şəxsiyyətlərin obrazları əks olunub. M.

Hüseyn şəxsiyyətə pərəstiş dövrünün acınacaqlı təsvirini "Yeraltı çaylar dənizə axır" romanında bədii şəkildə, sənətkərlıqla qələmə alıb. O, Azərbaycan yazıçısı, dramaturq, tənqidçi, ictimai xadim, Azərbaycan xalq yazıçısı (1964) və SSRİ Dövlət mükafatı laureatıdır(1950). Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin məsul katibi, Azərbaycan Sovet Yazıçıları İttifaqı Təşkilat Komitəsinin məsul katibi (1930–34), Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi, SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1958–65) olub.

Xalq yazıçısı Mehdi Hüseyn keçmiş SSRİ və Azərbaycan Ali Sovetlərinə deputat seçilib. Yaradıcılığa müxbir yazıları ilə başlayıb. İlk tənqidi məqaləsi ("Bizdə futurizm cərəyanı") 1926 ildə, ilk hekayəsi ("Qoyun qırxımı") isə 1927 ildə dərc edilib.

"Bahar suları" (1930), "Xavər" (1930) kitablarındakı hekayələrdə Azərbaycan kəndində yeni həyat uğrunda mübarizənin səciyyəvi epizodları, dövrün koloriti əksini tapıb."Tunel" (1927), "Qan intiqamı" (1928), "Kin" (1935), "Daşqın" (1933–36) romanında Mehdi Hüseyn fərdi xüsusiyyətləri ilə seçilən sujetlər yaradıb. Azərbaycan ədəbiyyatında ilk tarixi povest olan "Komissar"da (1942–49) M. Əzizbəyovun surəti ön plana çəkilib.

Ən mühüm tarixi əsəri olan "Səhər" (1953), "Tərlan" (1940), "Vətən çiçəkləri" (1942), "Moskva" (1942), "Ürək" (1945), "Fəryad" (1945) əsərlərində vətənpərvərliyin qüdrəti, adamların qəhrəmanlığı tərənnüm olunur. Neftçilərin həyatından bəhs edən "Abşeron" (1949), müəyyən mənada onun davamı olan "Qara daşlar" (1957–59) və ölməz "Yeraltı çaylar dənizə axır" (1965–1966) romanları ictimai, mənəvi əxlaqi problemlərə cəsarətli müdaxilə baxımından diqqətə layiqdir. Mehdi Hüseyn dramaturq kimi də tanınib.

O, dram yaradıcılığına "Şöhrət" (1939) pyesi ilə başlayıb. "Nizami" (1942) və "Cavanşir" (1957) tarixi dramlarında Azərbaycan xalqının qəhrəmanlıq ənənələri əks olunub. "Alov" (1961), "İntizar" (1944, İ.

Əfəndiyevlə birgə), "Şamil" (1940–41) və "Qardaşlar" (1948) pyesləri, habelə xatirələri, yol qeydləri "Bir ay və bir gün" (1963), gündəlikləri var. "Şair" (1939), "Fətəli xan" (1947, Ə. Məmmədxanlı ilə birgə), "Səhər" (1958), "Qara daşlar" (1958) kino ssenarilərinin müəllifidir.

Mehdi Hüseyn tənqid və publisistika sahələrində də fəaliyyət göstərib. Onun əsərləri bir sıra xarici dillərə tərcümə olunub. 10 mart 1965-ci ildə Bakıda vəfat edib.

Birinci Fəxri Xiyabanda dəfn olunub… Bakıda adına küçə, Qazax rayonunda məktəb-lisey var… ALLAH RƏHMƏT ELƏSİN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim.Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗