Forum iştirakçıları oktyabrın 29-da Şuşa və Füzuliyə səfər edəcəklər

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Forum iştirakçıları oktyabrın 29-da Şuşa və Füzuliyə səfər edəcəklər

Vətənim Media xəbər verir ki, Bakıda oktyabrın 27-dən 29-dək keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları tədbirin son günü Şuşa və Füzuliyə gedəcəklər. Mədəniyyət nazirinin müavini Fərid Cəfərov bu barədə forumla bağlı mətbuat konfransında danışıb.

Cəfərov Şuşanın beynəlxalq səviyyədə tanıdılması üçün işlərin görüldüyünü bildirib. Şəhər 2023-cü ildə Türk dünyasının, 2024-cü ildə isə İslam dünyasının mədəniyyət paytaxtı elan edilib. Şuşada beynəlxalq musiqi festivalları və ədəbi tədbirlər təşkil olunur; şəhərin tarixi hissəsi bu ilin fevralında İslam irsi siyahısına daxil edilib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗