Vətənim Media xəbər verir ki, mədəniyyət nazirinin müavini Fərid Cəfərov oktyabrın 27-də Bakıda açılacaq VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan sonra beynəlxalq nazirlər və hökumət nümayəndələrinin birgə sessiyasının keçiriləcəyini bildirib. Forum oktyabrın 27–29-da təşkil olunacaq.
Cəfərovun APA-ya verdiyi məlumata görə, builki forumun mövzusu “Parçalanmış dünyada körpülərin qurulması”dır. O, 2011-ci ildən Azərbaycanda ardıcıl olaraq altı belə forum keçirildiyini qeyd edib. Qubada oktyabrın 26-dan təşkil olunan Beynəlxalq Gənclər Forumu düşərgəsində isə 44 ölkədən 100-dən çox gənc lider iştirak edib.
Əsas mənbə: APA
