Vətənim Media xəbər verir ki, BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) direktoru Nihal Saad daha parçalanmış dünyada dialoqa ehtiyacın artdığını bildirib. O, bu fikri Bakıda keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunmuş mətbuat konfransında səsləndirib. Forum bu il 15-ci dəfə təşkil olunur.
Saadın sözlərinə görə, UNAOC Azərbaycan hökuməti və Mədəniyyət Nazirliyi ilə, eləcə də forumun digər tərəfdaşları ilə sıx əməkdaşlıq edir. Tədbirin yeniliklərindən biri dinlərarası dialoqa həsr olunan plenar sessiya olacaq. Forumun gənclər proqramında 60-dan çox iştirakçı yer alır; Qubada keçirilən Beynəlxalq Gənclər Forumunda isə 44 ölkədən 100-dən çox gənc bir araya gəlib.
UNAOC direktoru forum çərçivəsində “Our Oldest Future” adlı “One Humanity” konsertinin də keçiriləcəyini bildirib. Saad konsertdə XX əsrin iki böyük musiqiçisinin yaradıcılığının təqdim olunacağını və onların süni intellekt vasitəsilə səhnədə “yenidən görüşməsinin” nümayiş etdiriləcəyini deyib.
Əsas mənbə: APA
