Ürək transplantasiyası üçün 50-dən çox xəstə növbə gözləyir

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Ürək transplantasiyası üçün 50-dən çox xəstə növbə gözləyir

Vətənim Media xəbər verir ki, Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova jurnalistlərə açıqlamasında Azərbaycanda 50-dən çox şəxsin ürək transplantasiyası üçün növbədə olduğunu deyib. Onun sözlərinə görə, növbədə olan xəstələrdən ikisinin vəfat etməsi barədə məktub alıb.

Abbasova bildirib ki, qaraciyər transplantasiyası gözləyən xəstələrdən hər il 50-60 nəfər həyatını itirir. Azərbaycanda ölümündən sonra orqanlarını bağışlamaq üçün 1800 nəfər qeydiyyatdan keçib. Onun sözlərinə görə, həmin şəxslərdən birində beyin ölümü baş verərsə, orqanların transplantasiyası üçün ailəsinin razılığı tələb olunmayacaq.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗