Vətənim Media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranla razılaşma əldə olunmasa, Vaşinqtonun yeni addımlar ata biləcəyini bildirib. O, bu fikirləri Ayova ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışında səsləndirib.
Tramp İranla münaqişəni bitirmək istədiyini, lakin müəyyən mərhələdə Tehrana qarşı güc tətbiqinin gündəmə gələ biləcəyini deyib. Onun sözlərinə görə, ABŞ məsələni yaxın vaxtda ya razılaşma, ya da başqa vasitələrlə həll edəcək.
Tramp daha əvvəl aralıq seçkilərdən öncə İrana zərbə endirmək niyyətində olmadığını bildirmişdi. “Axios”un məlumatına görə, o, seçkilərdən dərhal sonra hərbi əməliyyatları bərpa etməkdənsə Tehranla danışıqlara üstünlük vermək istəyir.
Əsas mənbə: APA
