Goranboyda 34 yaşlı piyada avtomobilin vurması nəticəsində ölüb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Goranboyda 34 yaşlı piyada avtomobilin vurması nəticəsində ölüb

Vətənim Media xəbər verir ki, Goranboy rayonunda avtomobilin vurduğu 34 yaşlı piyada xəstəxanada vəfat edib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Borsunlu-Rəhimli-Səfikürd yolunda baş verib. 1988-ci il təvəllüdlü sürücünün idarə etdiyi “Ford Transit” yolu keçən 1992-ci il təvəllüdlü piyadanı vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Meyit müayinə üçün aidiyyəti üzrə təhvil verilib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗