Vətənim Media xəbər verir ki, Misli Premyer Liqasının X turunda “Neftçi” səfərdə “Şamaxı”ya 3:2 hesabı ilə qalib gəlib. Şamaxı şəhər stadionunda keçirilən görüşdə beş qol vurulub.
Qonaqların heyətində Q. Klisman, B. Almeyda və A. Akeyemi, meydan sahiblərində isə A. Şuaybu və A. Bouali fərqlənib. Qələbədən sonra xallarını 21-ə çatdıran “Neftçi” yenidən turnir cədvəlinin lideri olub.
Əsas mənbə: APA
