Vətənim Media xəbər verir ki, noyabrın 2-dən 8-dək Bakıda yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı keçiriləcək. Kişilər arasında bu, 21-ci, qadınlar arasında isə 12-ci dünya çempionatı olacaq.
Fövqəladə Hallar Nazirliyi ilə Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının birgə təşkil etdiyi yarışda 20-dən çox ölkədən 400-dən artıq iştirakçının iştirakı gözlənilir. Yarışlar Azərbaycan İdman Akademiyasının stadionunda keçiriləcək. İdmançılar dörd növdə mübarizə aparacaqlar: hücum nərdivanı ilə tədris qülləsinə qalxma, 100 metr məsafəyə maneəli qaçış, 4×100 metr yanğın estafeti və döyüş açılışı.
Əsas mənbə: APA
