Bakıda yanğın 500 kvadratmetr sahəyə yayılıb, materialların qalan hissəsi qorunub

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Bakıda yanğın 500 kvadratmetr sahəyə yayılıb, materialların qalan hissəsi qorunub

Vətənim Media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Bakının Nizami rayonunda, Davud Aslan küçəsində fəaliyyət göstərməyən ət kombinatının ərazisində plastik və taxta materiallar yanıb.

Yanğın 1 800 kvadratmetr sahəyə yığılmış materialların 500 kvadratmetrini əhatə edib. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri alovu qısa müddətdə söndürüb, materialların qalan hissəsini yanğından mühafizə edib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗