Vətənim Media xəbər verir ki, Ələt-Astara magistralının Salyan rayonu ərazisindən keçən hissəsində baş verən qəzada iki nəfər ölüb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, 1970-ci il təvəllüdlü Ələkbər Həsənovun idarə etdiyi “Qazel” qoşqulu yük avtomobilinə toxunduqdan sonra idarəetmədən çıxıb və dəmir arakəsməyə çırpılıb.
Qəza nəticəsində sürücü Ələkbər Həsənov və onun həmkəndlisi, 1973-cü il təvəllüdlü Fariz Qarayev hadisə yerində həyatını itiriblər.
Əsas mənbə: APA
