WSJ: OpenAI planlaşdırdığı investisiyanın 11 milyard dollarını cəlb edib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
WSJ: OpenAI planlaşdırdığı investisiyanın 11 milyard dollarını cəlb edib

Vətənim Media xəbər verir ki, APA-nın “The Wall Street Journal”a istinadən yaydığı məlumata görə, OpenAI birjaya çıxmazdan əvvəlki maliyyələşmə mərhələsində nəzərdə tutduğu 30 milyard dollar əvəzinə 11 milyard dollar investisiya cəlb edib.

WSJ investisiyanın gözləniləndən az olmasını süni intellekt sektoruna marağın zəifləməsi və investorların daha ehtiyatlı davranması ilə əlaqələndirir. Nəşrin mənbələrinin bildirdiyinə görə, OpenAI növbəti maliyyələşmə mərhələsində daha 20 milyard dollar cəlb etməyi planlaşdırır.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗