Vətənim Media xəbər verir ki, Reuters-in mənbələrə istinadən yaydığı məlumata görə, OPEC+ çərçivəsində yeddi ölkə dekabrda neft hasilatı kvotalarını əvvəlki səviyyədə saxlamaq barədə prinsipial razılığa gəlib. Hasilat siyasətinə növbəti düzəlişlərin gələn ildən tez edilməyəcəyi gözlənilir.
Yekun qərarın noyabrın 1-də keçiriləcək görüşdə qəbul olunması nəzərdə tutulur. OPEC+ çərçivəsində səkkiz ölkə 2025-ci ilin aprelindən könüllü hasilat azalmalarını mərhələli şəkildə bərpa etməyə başlayıb. Sentyabrda onlar gündəlik 2,2 milyon barellik məhdudiyyətləri ilkin plandan bir il əvvəl tam aradan qaldırıb, ötən ilin oktyabrından isə gündəlik 1,65 milyon barellik digər məhdudiyyətləri mərhələli şəkildə ləğv edirlər.
Əsas mənbə: APA
