Vətənim Media xəbər verir ki, “Şərqi Azəri” platformasından indiyədək 645 milyon bareldən, yaxud 87 milyon tondan çox neft hasil olunub. “bp-Azerbaijan”ın məlumatına görə, 2026-cı il oktyabrın 21-də platformadan ilk neft hasilatının 20 ili tamam olur.
Platforma 2006-cı il oktyabrın 21-də hasilata başlayıb. 2026-cı ilin üçüncü rübünün sonuna gündəlik orta hasilat təxminən 46 min barel olub. Hazırda burada təxminən 170 nəfər çalışır; onların əksəriyyəti azərbaycanlı mütəxəssislərdir.
Platformada istismarda olan 36 quyudan 27-si hasilat, səkkizi suvurma, biri isə şlamların laylara qaytarılması üçün istifadə olunur. Bu yaxınlarda təhvil verilmiş D18Z quyusunun açıq lülə hissəsi 2 000 metrdən çoxdur. “bp-Azerbaijan” bildirir ki, bu quyu AÇG yatağında indiyədək qazılan quyular arasında layla ən geniş təmas sahəsinə malikdir.
Əsas mənbə: APA
