Militaonun evindən 350 min avrodan çox dəyərində əşya oğurlanıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Militaonun evindən 350 min avrodan çox dəyərində əşya oğurlanıb

Vətənim Media xəbər verir ki, APA-nın “El Mundo”ya istinadən yaydığı məlumata görə, “Real Madrid”in müdafiəçisi Eder Militaonun evi komandasının “Barselona” ilə səfər oyunu zamanı qarət edilib. Zinət əşyaları və saatların dəyəri 350 min avronu ötür.

Polisin məlumatına əsasən, azı iki nəfər evin üçüncü mərtəbəsindəki hamam otağının pəncərəsindən içəri girib. Həmin vaxt Militaonun qohumları birinci mərtəbədə televizorda oyunu izləyirmiş. Oğrular futbolçunun yataq otağından qiymətli əşyaları götürüblər. Siqnalizasiya söndürülüb, kameralar isə şübhəliləri cəmi bir neçə saniyə qeydə alıb; daha sonra kameralardan biri qoparılıb.

Militao oğurluqdan evə qayıdanda xəbər tutub və şəxsi əhəmiyyət daşıyan bəzi əşyalarını geri qaytarmaq üçün xüsusi detektiv tutub. Detektiv hadisənin futbolçunun yaxın çevrəsindən olan şəxslər tərəfindən təşkil edilmiş ola biləcəyini istisna etməyib. Polis araşdırma aparır.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗