Vətənim Media xəbər verir ki, Gəncənin Mirzə Abbas Abbaszadə küçəsində minik avtomobili ilə moped toqquşub. APA-nın yerli bürosunun məlumatına görə, hadisə nəticəsində 2009-cu il təvəllüdlü M.Məhərrəmov və 2006-cı il təvəllüdlü İ.Kalazadə xəsarət alıblar.
İlkin məlumata əsasən, xəsarət alanlar mopeddə olublar. Yaralılar xəstəxanaya yerləşdirilib, hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Əsas mənbə: APA
