Azərbaycanda gündəlik neft hasilatı sentyabrda 448 min barelə yüksəlib

Şrift
🔊 Xəbəri dinlə — Babək
Azərbaycanda gündəlik neft hasilatı sentyabrda 448 min barelə yüksəlib

Vətənim Media xəbər verir ki, Azərbaycanda sentyabr ayında gündəlik orta hesabla 448 min barel xam neft hasil olunub. Göstərici avqustla müqayisədə 6 min barel artıb; həmin ay hasilat 442 min barel təşkil etmişdi.

Hesabata əsasən, gündəlik orta hasilat birinci rübdə 454 min, ikinci rübdə 456 min, üçüncü rübdə isə 449 min barel olub. Üçüncü rübün göstəricisi əvvəlki rüblə müqayisədə 7 min barel azdır. 2025-ci ildə ölkədə gündəlik orta hasilat 461 min barel qeydə alınıb ki, bu da 2024-cü illə müqayisədə 20 min barel aşağıdır.

Azərbaycanın 2026-cı ilin sonunadək qüvvədə olan “OPEC+” hasilat kvotası gündəlik 551 min bareldir. Sentyabrda faktiki hasilat kvotadan 103 min barel az olub. Azərbaycan “OPEC+” razılaşmasının iştirakçısıdır.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗