Vətənim Media xəbər verir ki, oktyabrın 31-də Bakının Nizami rayonundan daxil olan çağırışdan sonra zəhərlənmə şübhəsi ilə 4 qadın xəstəxanaya yerləşdirilib. APA-nın məlumatına görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış saat 20:15 radələrində daxil olub. Hadisə yerinə üç təcili tibbi yardım briqadası göndərilib.
APA-nın məlumatına görə, hadisənin Nizami rayonundakı “Qızıl Qaya” restoranında baş verdiyi iddia olunur. Restoranda əlilliyi olan təxminən 34 nəfərin iştirakı ilə toplantı keçirilib, onlardan 14-ü qidadan zəhərləndiyini bildirib. Vəziyyəti ağır olan 5 nəfər xəstəxanaya aparılıb. Hadisə yerinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları cəlb olunub.
Əsas mənbə: APA
