Vətənim Media xəbər verir ki, Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalı Bakı Kristal Zalında baş tutan bağlanış mərasimi ilə yekunlaşıb. Tədbirdə bədii proqram təqdim olunub.
Oktyabrın 24-də start götürən yarışda FIFA-ya üzv 189 ölkənin komandaları iştirak edib və təxminən 1000 oyun keçirilib. Qarşılaşmalar Hövsan Yarış Kompleksində təşkil olunub. Azərbaycan millisi turniri 84-cü pillədə başa vurub. A Divizionunun finalında İspaniya ilə Çexiya üz-üzə gəlib.
Əsas mənbə: APA
