Vətənim Media xəbər verir ki, ABB oktyabrın 26-dan istiqraz emissiyasının növbəti mərhələsinə başlayıb. Bank bu dəfə 8-ci və 9-cu buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 milyon manatdır.
5 milyon manatlıq 8-ci buraxılış 12 ay müddətinə, illik 8,5 faiz kupon dərəcəsi ilə, 10 milyon manatlıq 9-cu buraxılış isə 24 ay müddətinə, illik 9 faizlə təklif olunur. İstiqrazların nominal dəyəri 100 manatdır, kupon ödənişləri aylıq həyata keçiriləcək. Abunə yazılışı iki təqvim həftəsi davam edəcək. Emissiyanın anderrayter və market-meykeri “ABB İnvest”dir.
Əsas mənbə: APA
