BTQ Fransa Senatının Korsikaya muxtariyyət layihəsini rədd etməsini pisləyib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
BTQ Fransa Senatının Korsikaya muxtariyyət layihəsini rədd etməsini pisləyib

Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Fransa Senatının Korsikaya muxtariyyət verilməsini nəzərdə tutan konstitusiya islahatını rədd etməsini pisləyib. O, bu qərarı Fransa siyasi dairələrində müstəmləkəçi təfəkkürün davam etməsi və Korsika xalqının iradəsinə hörmətsizlik kimi qiymətləndirib.

Abbasovun sözlərinə görə, 2026-cı il oktyabrın 26-da Senatda baş verənlər Korsika xalqının siyasi gələcəyini müəyyənləşdirmək, milli kimliyini qorumaq və özünüidarə hüququna malik olmaq istəyinin qəbul edilmədiyini göstərir. O, dörd ildən artıq davam edən danışıqlar və əldə olunmuş razılaşmaların nəzərə alınmamasını, eləcə də korsikalıların tarixi, dil və mədəni kimliyinin tanınmasına dair müddəaların layihədən çıxarılmasını qəbuledilməz sayıb.

Bakı Təşəbbüs Qrupu Fransa hakimiyyətini Korsika xalqının siyasi iradəsinə hörmət etməyə, onun siyasi, mədəni və dil hüquqlarını tanımağa və əldə olunmuş razılaşmalara əməl etməyə çağırıb. Qrup beynəlxalq ictimaiyyəti və insan hüquqları təşkilatlarını da bu məsələyə laqeyd qalmamağa dəvət edib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗