Vətənim Media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Venesuelanın ölkəsinə 1 milyon barel neft hədiyyə etdiyini bildirib. APA-nın məlumatına görə, Tramp bunu Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərə deyib. O, neftin ABŞ-ın istifadəsinə veriləcəyini və onu daşıyan tankerin yaxın saatlarda Texasdakı limanlardan birinə çatacağını bildirib.
Tramp neft qiymətlərinin yaxın vaxtlarda kəskin düşəcəyini proqnozlaşdırıb. ABŞ mətbuatının məlumatına görə, o, tankeri Texasın Port-Artur şəhərində ziyarət edəcək. Prezident ştata səfərində Dövlət katibi Marko Rubionun da onu müşayiət edəcəyini açıqlayıb. Səfər çərçivəsində Korpus-Kristi və Labbok şəhərlərinə də getməsi planlaşdırılır.
Əsas mənbə: APA
