Vətənim Media xəbər verir ki, AzInTelecom-un dəstəyi ilə Bakıda keçiriləcək TechConnect Week 2026 çərçivəsində 10-a yaxın ali təhsil müəssisəsində süni intellekt və yeni texnologiyalar üzrə təlimlər təşkil olunacaq. Təlimlərdə tələbələr nəzəri biliklərlə yanaşı, praktiki tapşırıqlar yerinə yetirəcək və texnoloji həllərini təqdim edəcəklər.
Noyabrın 7-də Baku Events Hall-da baş tutacaq əsas tədbirdə süni intellekt, data analitikası, kibertəhlükəsizlik, proqramlaşdırma və biznesin rəqəmsal transformasiyası müzakirə ediləcək. Tədbirə 1 000-dən çox iştirakçının, 30-dan çox spikerin və 20-dən çox tərəfdaşın qatılması gözlənilir.
Əsas mənbə: APA
