Vətənim Media xəbər verir ki, Azərbaycan və Mərkəzi Asiya ölkələrinin mərkəzi bankları milli ödəniş sistemlərinin inteqrasiyası imkanlarını araşdırmaq üçün birgə işçi qrupu yaradacaq. Tərəflər bu barədə Düşənbədə keçirilən 4-cü regional görüşün yekununda razılığa gəlib və gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyən edən protokol imzalayıblar.
Azərbaycan Mərkəzi Bankının sədr müavini Vüsal Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti görüşdə iştirak edib. Xəlilov Azərbaycanda ödəniş sektorunun yenilənməsi, milli infrastrukturun dayanıqlılığının artırılması və nəzarətdə süni intellektdən istifadə təcrübəsi barədə məlumat verib. Görüşdə ani ödəniş sistemləri, vahid QR-kod standartları və maliyyə texnologiyalarının inteqrasiyası da müzakirə olunub.
Əsas mənbə: APA
