Azərbaycan və Liberiya media sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Azərbaycan və Liberiya media sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

Vətənim Media xəbər verir ki, Azərbaycan ilə Liberiya arasında media və kommunikasiya sahəsində əməkdaşlıq perspektivləri Media və Yayım Şurasında keçirilən görüşdə müzakirə olunub. APA-nın Şuraya istinadən yaydığı məlumata görə, görüşdə Şuranın sədri Əhməd İsmayılov və Liberiyanın informasiya nazirinin texniki xidmətlər üzrə müavini Nat Bayjay iştirak ediblər.

Əhməd İsmayılov təcrübə və informasiya mübadiləsinin genişləndirilməsinin, medianın mədəniyyətlərarası dialoqa və ölkələr barədə obyektiv məlumatların yayılmasına töhfəsinin vacibliyini vurğulayıb. Nat Bayjay isə institusional əlaqələrin, rəqəmsal transformasiya üzrə əməkdaşlığın və strateji tərəfdaşlıq imkanlarının inkişafından danışıb. Tərəflər beynəlxalq media əməkdaşlığı və kommunikasiya texnologiyalarının tətbiqi barədə də fikir mübadiləsi aparıblar.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗