Vətənim Media xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov sığorta şirkətlərinin kapitalının hesablanması qaydasının dəyişəcəyini bildirib. APA-nın məlumatına görə, “Solvency II” tələblərinin yaxın aylarda tətbiqi ilə əlaqədar sektorda hazırda istifadə olunan “Solvency I” yanaşmasından yeni sistemə keçid nəzərdə tutulur.
Kazımovun sözlərinə görə, aparılan simulyasiyalar yeni tələblərin tətbiqinin şirkətlərdə kapital çatışmazlığı yaratmayacağını göstərir. O, bunu sığorta sektorunun kifayət qədər yüksək kapitala malik olması ilə izah edib. Yeni yanaşmanın fərqləri barədə media nümayəndələri üçün maarifləndirmə tədbiri də keçiriləcək.
Əsas mənbə: APA
