“Qələbə qaçışı”nda 2 minə yaxın iştirakçı 10 kilometr məsafə qət edəcək

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
“Qələbə qaçışı”nda 2 minə yaxın iştirakçı 10 kilometr məsafə qət edəcək

Vətənim Media xəbər verir ki, Bakıda Vətən müharibəsində qazanılmış Zəfərin 6-cı ildönümünə həsr olunan VI “Qələbə qaçışı” başlayıb. İştirakçılar Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yaxınlığından start götürərək 10 kilometr qaçacaqlar.

APA-nın məlumatına görə, yarışda 2 minə yaxın şəxs iştirak edir. Qeydiyyat zamanı hər iştirakçı ən azı 20 manat ianə edib; toplanan vəsaitin hamısı “YAŞAT” Fonduna köçürüləcək. Tədbir Gənclər və İdman Nazirliyi ilə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə “Qürurla irəli” şüarı altında keçirilir.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗