Vətənim Media xəbər verir ki, Bakıda Vətən müharibəsindəki Zəfərin altıncı ildönümünə həsr olunan “Qələbə qaçışı”nda kişilər arasında Bəxtiyar Əsgərli, qadınlarda isə Anna Yusubova birinci yeri tutub.
Dənizkənarı Milli Parkda keçirilən 10 kilometrlik yarışa 2000-ə yaxın şəxs qatılıb. Bu, tədbirin indiyədək qeydə alınan ən yüksək iştirakçı sayıdır. Yarış 2021-ci ildən etibarən hər il təşkil olunur.
Xeyriyyə məqsədli qaçışda iştirakçılar qeydiyyat zamanı minimum 20 manat ianə ediblər. Toplanan məbləğin hamısı “YAŞAT” Fonduna köçürüləcək.
Əsas mənbə: APA
