Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, “Qalatasaray”ın vitse-prezidenti Metin Öztürk klubdakı vəzifələrindən istefa verib.
Öztürk oktyabrın 27-də keçirilən İdarə Heyətinin iclasında fiziki hücuma məruz qaldığını və mərhum anasının təhqir edildiyini bildirib. O, baş verənlərə görə bu gündən etibarən klubun İdarə Heyətindən və “Qalatasaray”a bağlı şirkətlərdəki bütün rəhbər vəzifələrindən ayrıldığını açıqlayıb.
Əsas mənbə: APA
