Tayvanın şimal-şərq sahillərində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Tayvanın şimal-şərq sahillərində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb

Vətənim Media xəbər verir ki, Tayvanın şimal-şərq sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib. APA-nın məlumatına görə, Tayvanın Mərkəzi Meteorologiya İdarəsi zəlzələnin episentrinin dənizdə, İlan şəhərindən 39,4 kilometr şərqdə olduğunu açıqlayıb.

Təkanlar İlan və Hualyan rayonlarının bir neçə ərazisində hiss olunub. Dağıntı və xəsarət alanlarla bağlı məlumat daxil olmayıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗