Vətənim Media xəbər verir ki, Göygöl rayonunun Çaykənd kəndində bələdiyyə mühasibinin meyiti iş otağında aşkarlanıb. APA-nın yerli bürosunun məlumatına görə, 1961-ci il təvəllüdlü S. Orucovun ölümü ilə bağlı hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
İlkin məlumata görə, mühasib ürək tutmasından dünyasını dəyişib. Meyit müayinə üçün aidiyyəti üzrə təhvil verilib.
Əsas mənbə: APA
