Beynəlxalq səyyahlar Cəbrayılda minatəmizləmə işləri ilə tanış olublar

Şrift
🔊 Xəbəri dinlə — Babək
Beynəlxalq səyyahlar Cəbrayılda minatəmizləmə işləri ilə tanış olublar

Vətənim Media xəbər verir ki, “Most Traveled People” klubunun təsisçisi Çarlz Vilinin rəhbərlik etdiyi beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri Cəbrayıl rayonunda başa çatıb. Qrupun son dayanacağı Yarəhmədli kəndi olub.

Səyyahlar burada ANAMA-nın apardığı minatəmizləmə işləri ilə tanış edilib, mina çirklənməsinin yaratdığı təhlükələr və ərazilərin təmizlənməsi prosesi barədə məlumatlandırılıblar. Ərazidə aşkarlanan minalar səfər zamanı partladılaraq zərərsizləşdirilib. Səfərdə 13 ölkədən təxminən 40 nəfər iştirak edib. Bu, beynəlxalq səyyah klublarının 2021–2026-cı illərdə Qarabağ və Şərqi Zəngəzura təşkil etdiyi 17-ci qrup səfəridir.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗